Marçello Lippi yenidən Çin millisinin baş məşqçisi təyin edilib

Çin millisinin yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, italiyalı çalışdırıcı Marçello Lippi yenidən yığmanın baş məşqçisi təyin edilib. 71 yaşlı mütəxəssislə 2022-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Marçelo Lippi 2016-2019-cu illərdə Çin yığmasını çalışdırmışdı. Onun ayrılığından sonra baş məşqçi postuna təyin olunan Fabio Kannavaro qısa müddət sonra vəzifəsindən getmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...