DÇ-2017: Rəsul Çunayev və İslam Abbasov üçün bürünc medal şansı

Bu gün Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı start götürüb. SİA-nın məlumatına görə, ilk yarış günündə 71, 75, 85 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Bu vaxta qədər idmançılarımızın göstərdikləri nəticələri nəzərinizə çatdırırıq:

71 kq
Təsəlliverici görüş - Luis Alfredo De Leon (DOM) - Rəsul Çunayev
1/16 final - Rəsul Çunayev - Frank Stabler (GER) 1:2
1/32 final - Rəsul Çunayev - Jefrin Benito Mejia Sambula (HON) 8:0 (1.37 dəq)

75 kq
1/16 final - Həsən Əliyev - Shohei Yabiku (JPN) 0:4

85 kq
Təsəlliverici görüş - İslam Abbasov -
1/4 final - Denis Maksimilian Kudla (GER) - İslam Abbasov 4:1
1/8 final - Atsuşi Matsumoto (JPN) - İslam Abbasov 1:4
1/16 final - Ricardo Diego Cardenas Esquen (PER) - İslam Abbasov 1:7

98 kq
1/8 final - Melonin Noumonvi (FRA) - Orxan Nuriyev 3:1
1/16 final - Kevin Mejia Castillo (HON) - Orxan Nuriyev 1:6

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə