Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub

Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yığmamız Türkiyə komandası ilə yoldaşıq matçı da keçirib.

Nazirlik Avropa çempionatında mübarizə aparacaq hər iki kollektivə uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-8-i aralığında Fransada təşkil olunacaq. Azərbaycan yığması C qrupunda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə