Uşaqlarda yuxu problemi nə ilə əlaqədar ola bilər? - PSİXOLOQ İZAH ETDİ

"Uşaqlarda hər hansı narahatlıqlar ananın hamiləlik dövrünü necə keçirməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Psixoloq bildirib ki, bu sahədə hazırda çox böyük tədqiqatlar var: "Hansılar ki, ananın uşağa mayalanmadan öncəki bir ili, ana və atanın bu bir ili necə yaşadıqları, hansı hissləri keçirdikləri, hansı konfliktlərdə olduqları, 9 ay ananın hamiləlik dövrü, uşaq doğulduqdan sonra bir il ana və atanın yaşadıqları və sair hamısı uşaqlara kodlanır. Əgər ana hamiləlik dövründə və digər zamanlarda narahatlıq keçiribsə, o zaman uşaqlarda da müxtəlif narahatlıqlar ola bilər. Bunu indi yeni psixosematika deyir. Psixosematika elmi bunu təsdiq edir. Çünki genetika elmləri bunu araşdırır və təsdiqlər də var.

Yuxu problemlərinin psixoloji tərəfləri bunlar idi. Fiziki cəhətdən də narahatlıq, əlbəttə, ola bilər. Amma psixoloji cəhətdən 3 yaşa qədər uşaq anayla, ümumiyyətlə, sıx bağlı olur. Necə ki, uşaq ana bətnində özünü ana ilə bir hiss edirsə, 3 yaşa qədər ananın bütün hisslərini uşaq da keçirir. Ona görə psixoloqlar adətən kiçik uşaqlarla işləyəndə daha çox ana ilə iş görürlər. Çünki ana ilə, xüsusilə də 5 yaşa qədər uşaqların anaları ilə işləyəndə çox möcüzəli dəyişikliklər baş verir. Burada ananın hisləri çox vacib rol oynayır. 5-6 yaşdan sonra isə bu hisslər yarıya enir. Yəni 5-6 yaşda artıq valideynlə də, uşaqla da paralel işlənməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə