9 May- Faşizm üzərində Qələbə Günü - MASALLIDA TƏDBİR

Mayın 6-da Masallı rayon Mərkəzi Kitabxananın Musaküçə kənd kitabxana filialının təşkilatçılığı ilə 9 May-Faşizm üzərində Qələbə Günü münasibətilə tədbir keçirilib. Faşizm üzərində qələbənin şərəfinə ucaldılmış abidənin önündə baş tutan tədbirdə Fayəddin Xancanov adına kənd orta məktəbinin Vll sinif şagirdləri iştirak ediblər.
Filialın müdiri İlhamə Hüseynova bildirib ki, hər il 9 may tarixi bəşəriyyətin faşizm bəlasından xilas olunduğu gün kimi qeyd olunur.

Faşizm üzərində parlaq Qələbənin əldə olunmasında başqa sovet xalqları kimi, azərbaycanlılar da böyük fədakarlıq göstərmişlər. 1941-1945-ci illərdə 600 mindən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşdə həlak olub. Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Qeyd olunub ki, Faşist Almaniyasının məğlub edilməsində Bakı nefti 75 faiz həcmində həlledici rol oynamışdır. Yekunda tədbir iştirakçıları İkinci Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə