UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi iyunun 12-də UNESCO-nun Parisdəki Baş Qərargahında beynəlxalq səviyyədə qeyd ediləcək. Bununla əlaqədar həmin gün rəsmi tədbir, sərgi və konsert təşkil olunacaq. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək. Universitetdən AZƏRTAC-a bildiriblər ki, yubiley tədbirinə Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar qatılacaqlar.
Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR GBP
 GBP
 RUB
 RUB