Havanın hərarəti 10 dərəcə düşüb, külək 30-35 m/saniyəyədək şiddətlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb. Qərargahdan SİA-ya verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə