"Azərbaycan Fransa ilə əməkdaşlığı genişləndirməlidir" ÖZƏL-MÜNASİBƏT

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya səfəri və keçirdiyi görüşlər əhəmiyyətli idi”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Avropa dövlətləri arasında Cənubi Qafqaza maraq göstərən başlıca dövlətlərdən biri məhz Fransadır: “Fransanın prezidentləri dəfələrlə Cənubi Qafqaz ölkələrinə səfər ediblər. Bu ondan xəbər verir ki, Fransanın Cənubi Qafqazda maraqları var. İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir. Fransa həmsədrlikdə bütün Avropanı təmsil edir. Doğrudur, Fransa parlamentində erməni lobbisinin xeyrinə qəbul edilən sənədlər var və bu haqlı Azərbaycan cəmiyyətinin xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan erməni lobbisinin güclü olduğu Fransa ilə əməkdaşlığı genişləndirməlidir. Tam əksinə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə çalışmaq lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə