“Əli Kərimlinin siyasətçiyə lazım olan bütün potensialı tükənib” AÇIQLAMA

“Şəhidlər xiyabanını ziyarət etmək adı altında aksiya keçirtməyə cəhd göstərməklə sivil siyasi mübarizə metodlarından nə qədər uzaq olduqlarını bir daha sübut etmiş oldular”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, biz bunların dəfələrlə 20 yanvar, 26 fevral və 31 mart faciələrinin anım günlərində bu cür təxribatçı hərəkətlərinin şahidi olmuşuq: “Məhz bu cür hərəkətlərə yol verdikdən sonra hüquq mühafizə orqanlarının onlara qaydalara riayət etməyə çağırışlarına necə hay-küylə cavab verdiklərini və bundan şou düzəltdiklərini izləmişik. Əli Kərimlinin siyasətçiyə lazım olan bütün potensialı tükənib. Apardıqları müxalifət rolunu çoxdan bərbad vəziyyətə salan bu insanlar sosial bazalarını itirmişlər. Artıq bunların ətrafında çox az sayda insanlar qalmışdır ki, onlar da heç bir siyasi çəkiyə malik deyillər. Belə olduğu təqdirdə xarici maliyyə yardımları da kəsilməkdədir. Bütün bunları görən Əli Kərimli və az sayda tərəfdarları siyasət meydanındakı uğursuzluqların əvəzini bu cılız metodlarla gizlətməyə çalışır və xarici tərəfdarları qarşısında bəraət almağı düşünürlər. Lakin Dirçəliş günü Şəhidlər xiyabanı adı ilə yürüş keçirtməklə mövcud qanunları pozmaqla polisin əmrlərinə tabe olmamaqla ictimai asayişi pozmaq yol verilməzdir. Qanunun tələblərinə uyğun olaraq da bu insanlara qarşı hər hansısa bir inzibati cəza tam ədalətli və qanunidir. Əli Kərimli və tərəfdarları guya dinc yolla şəhidlər xiyabanına getdiklərini qışqırırlar elə özlərinin sosial şəbəkələrdə yaydıqları videoda görünür ki bu insanlar kütlə şəklində müxtəlif şüarlar səsləndirilər. Polis əməkdaşları bunlara qarşı çox səbir və təmkinlə davranır və qanuna tabe olmağa dəvət edir. Bunu Cəmil Həsənli özü də etiraf edir ki, bizə qarşı heç bir zorakılıq halı olmamışdır. Əksinə bu kadrlarda görünür ki qanunsuz aksiya iştirakçıları özləri təxribat xarakterli hərəkətlər və ifadələr işlədirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, bunların məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq və bundan istifadə etməkdir. Ancaq xalq bunların özlərini də tanıyır və neçə illərdir ki fəaliyyətlərinə də bələddir. Əksinə bu cür əməlləri ilə bunlar xalqın qəzəbini qazanırlar. Xalq başa düşür bu hərəkətlər Azərbaycanda olan stabilliyi pozmağa yönəlmişdir. Bu cür əməllər biz tərəfindən qətiyyətlə pislənir və qanunun tələblərinə uyğun olaraq ölçü götürülməsi tələb olunur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə