YAP Səbaildə İdarə Heyətinin iclası keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında İdarə Heyətinin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib və gündəlik səsə qoyularaq qəbul edilib.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən qətiyyətli dövlət siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, bu nailiyyətlər təşkilatın üzvlərini 2018-ci ildə də səmərəli fəaliyyət göstərməyə ruhlandırır.

2018-ci ildə ölkəmizin, o cümlədən YAP-ın həyatı üçün mühüm tədbirlərlə zəngin olacağını vurğulayan Ş.Hacıyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyləri hər bir üzvdən yüksək fəallıq tələb edən mühüm ictimai-siyasi tədbirlərdəndir.

Millət vəkili deyib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək.

Daha sonra digər çıxış edənlər günəlikdə duran məsələlərin aktual olduğunu bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə