“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Mayın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Sən həmişə mənimləsən” tamaşası növbəti dəfə nümayiş olunacaq. SİA xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi teatr səhnələrində illər öncə tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır. Tamaşada cərəyan edən hadisələr müasir zamanla səsləşir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə