Yaşı 18-ə çatmayan QİÇS xəstələrinin sayı açıqlandı -STATİSTİKA KOMİTƏSİ

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 886, Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə 169 nəfər qeydə alınıb. SİA xəbər verir ki,Dövlət Statistika Komitəsi bu barədə məlumat verib.

Qeyd olunub ki, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan İİV xəstələrinin sayı 10692, QİÇS xəstələrinin sayı isə 2844 nəfərdir. Tibb müəssisələrində qeydiyyatda olan QİÇS xəstələrindən 22 nəfər 0-17 yaş aralığında olan şəxslərdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə