Sarkisyanı Sarkisyan əvəz edəcək?

Ermənistanın Respublikaçı Partiyasının ən yüksək səviyyəli təmsilçiləri əminliklə qeyd edirlər ki, hazırda müzakirə olunan prezidentliyə namizədlərin adları qeyri-realdır. Əslində Serj Sarkisyan və Ermənistan rəhbərliyi tərəfindən prezidentliyə namizəd ola biləcək şəxsin cəmiyyət üçün sürpriz olacaq". SİA bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, düşmən ölkənin prezidentliyinə namizəd olacaq şəxs Ermənistanın Böyük Britaniya və İrlandiyadakı fövqəladə və səlahiyyətli səfiri Armen Sarkisyan ola bilər.

Yazılanlara görə, Armen Sarkisyan prezidentlik tələblərinə cavab verir. Belə ki, o 4 ildən artıq, təni 2013-cü ildən etibarən Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB