Deputat: "Struktur islahatlar daha təkmil idarətetməyə nail olmağımıza imkan yaradır” MÜNASİBƏT

“Prezident İlham Əliyev dövlət strukturlarının işinin təkmilləşdirilməsi ilə bağlı dəfələrlə öz çıxışlarında bildirib və bununla bağlı kompleks işlər görülür”. Bunu SİA-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara münasibət bildirərkən deyib.

Artıq bununla bağlı müəyyən layihələrin olduğunu deyən deputat söyləyib ki, ali icraedici orqan olan Nazirlər Kabinetində aparılan islahatlar görülən işinin keyfiyyətinin artırılması, paralel strukturların müəyyən edilib aşkar edilməsinə, operativ idarəetmənin təkmilləşdirilməsinə, mərkəzi icra orqanlarının işinin kordinasiya edilməsi və effektivliyinə ciddi təsir edəcək.

Nazirlər Kabinetin təkmilləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirən deputat bu işlərin gələcək də davam etdiriləcəyini dilə gətirib: “Hələ də paralel fəaliyyət göstərən strukturlar qalmaqdadır. Elə idarələr var ki, onlar eyni işi görüü, oxşar fəaliyyətə malikdirlər. Bu baxımdan ölkə başçısının göstərişi ilə struktur islahatları həyata keçiriləcək. Ümumilikdə bu sahədə görülən işlər daha təkmil idarətetməyə nail olmağımıza imkan yaradır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə