Xaçmazdakı yol qəzasında ölənlərin sayı 3-ə çatıb

Dünən axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Beləliklə, yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə