Azərbaycanın əsas ixracatçısı İtaliya olub

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 67 milyon 966 min dollar, Türkiyə ilə 1 milyard 413 milyon 835 min dollar, Rusiya ilə isə 1 milyard 137 milyon 448 min dollar dəyərində olub.

Yanvar-iyun aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 908 milyon 551 min dollar, İsrailə 710 milyon 169 min dollar, Türkiyəyə isə 652 milyon 446 min dollar dəyərindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə