Kraliça Elizabetin sərvəti nə qədərdir?

Kraliça Elizabet vəfat etdiyi andan onun böyük oğlu Çarlz taxtla birlikdə kral sərvətinin sahibi oldu. SİA xəbər verir ki, kral ailəsinin nə qədər varlı olması dəqiq məlum deyil.
Britaniyanın "The Sunday Times" qəzetində "Zənginlərin siyahısı" başlıqlı yazıda kraliçanın şəxsi sərvətinin 370 milyon funt-sterlinq olması hesablanıb.
Amerikanın “NBC News” telekanalının məlumatına görə, bəzi hesablamalar bu rəqəmin təxminən bir milyard funt sterlinq olduğunu göstərir.

Kral ailəsinin var-dövləti çox gizli saxlanıldığından dəqiq məbləği hesablamaq mümkün deyil. 1993-cü ildə qəbul edilmiş xüsusi qanuna əsasən, krallıq monarxdan monarxa keçirsə onda vərəsəlik vergisi alınmır. Kral sərvətinin qorunması üçün verilmiş xüsusi nizamnaməyə uyğun olaraq Kral III. Çarlz bu təcrübədən faydalanan ilk monarx olacaq. O, Elizabetdən aldığı mirasa görə miras vergisi ödəməyəcək.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə