Məşhur aktyor uşaq istismarına görə həbs olundu

Los-Anceles polisi, “Taxt oyunları” serialında da rol alan aktyor Cozef Qattın uşaqlara cinsi məzmunlu mesajlar yazmaqda ittiham edilərək polislər tərəfindən saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis mətbuata aprelin 6-da 50 yaşlı Qattın evində axtarış aparıldığını və daha sonra aktyorun nəzarətə götürüldüyünü açıqlayıb.

Polisə Qattın başqa bir ştatda olan uşağa cinsi məzmunlu mesajlar göndərdiyi barədə məlumat verildikdən sonra bu tədbir həyata keçirilib.

Qattın bir neçə saat sonra 5 min dollar girov müqabilində sərbəst buraxıldığı bildirilir. Aktyor ittihamları rədd edərək, iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə