Rusiyaya qarşı sanksiyaların ləğvi şərti irəli sürülüb ALMANİYA HÖKUMƏTİ TƏRƏFİNDƏN

Almaniyanın gələcək Nazirlər Kabinetinin siyasi gündəliyinin əsas məqamlarını sadalayan koalisiya sazişinə əsasən, Rusiyaya qarşı sanksiyaların ləğvi və Ukrayna məsələsinin sülh yolu ilə nizamlanması, Minsk razılaşmalarının tam yerinə yetirilməsi ilə bağlıdır. SİA xəbər verir ki, bu barədə Almaniyaya məxsus mətbuat səhifələri məlumat yayıb.

"Biz Ukraynada sabitliyi pozmaq cəhdlərinə, Ukraynanın şərqində zorakılıqlara və Krımın qanunsuz ilhaqına dərhal son qoyulmasını tələb edirik. Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həlli və müvafiq sanksiyaların ləğvi Minskin tam şəkildə həyata keçirilməsindən asılıdır. Biz regionda dondurulmuş münaqişələrin həllinin tərəfdarıyıq”, deyə qeyd olunan sənəd Almaniya mətbuatında dərc olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə