Ulduz futbolçu Ronaldinyonun həbs cəzası ev dustaqlığına çevrilib

Paraqvayda saxta pasport təşkil etmək iddiası ilə həbs olunan və 6 ay həbs cəzasına məhkum edilmiş Braziliyanın keçmiş ulduz futbolçusu Ronaldinho ev dustaqlığına buraxılıb. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

Bildirilib ki, Ronaldinyo və qardaşı Assis 32 gün həbsdə olduqdan sonra 1,6 milyon dollar girov müqabilində sərbəst buraxılıblar.

İkisinin də ev dustaqlığına məhkum edildiyi və cəzanın qalan hissəsini Paraqvayın paytaxtı Asunciondakı bir oteldə tamamlayacaqları ifadə edilib.

Ronaldinyo və qardaşı Assis martın 6-da həbs edilərək həbsxanaya göndərilib. Ulduz futbolçunun və qardaşının oteldəki ifadələri ilə polislə əməkdaşlıq etdikləri və yanındakı şəxsin onları aldatdıqları deyilib.

Xatırladaq ki, 2002-ci ildə Braziliya milli komandası ilə Dünya Kubokunu qaldıran və 2005-ci ildə "Ballon d'or" mükafatını qazanan Ronaldinyo, bu günə qədər ən yaxşı futbolçular sırasındadır. 39 yaşlı təqaüdçü futbolçu karyerası boyunca Parisin Saint-Germain, Barcelona və Milan kimi Avropanın aparıcı klublarında oynayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...