Amerikalı psixoz və təcavüz təhlükəsi TƏHLİL

Amerikalı yazıçı Bret İston Ellisin "Amerikalı psixoz" romanı və 2000-ci ildə çəkilən eyni adlı bir film hər kəsə ABŞ prezidenti Donald Trampı xatırladır. Yazıçının təqdim etdiyi Patrik Beytmen obrazı öldürmək, məhv etmək və bununla da öyünmək kimi xüsusiyyətlərinə görə Birləşmiş Ştatlar prezidenti ilə oxşarlıq təşkil edir. İranın Eyn əl-Əsəd hava bazasına xaricdən raket hücumunun nəticələrinin fotolarına baxdıqda belə bir qənaətə hər kəs gələ bilər. Dağıntılar, zədələnmiş uçuş-enmə zolağı çox ciddi bir hücumdan xəbər verir.

Amerikalılar dağıntıların nəticələrini gizlədirlər və əslində çox da faciəvi olmayan bir hadisə kimi təsəvvür yaratmağa çalışırlar. Həqiqət isə budur ki, zərər çox ciddidir. Baza, ümumiyyətlə, uzun müddət hələ bu şəkildə qala bilər.

Amerikalıların da bu bazada itkiləri olub. ABŞ onları dünya ictimaiyyəti üçün gizlədir. Özünü “supermen” hesab edən “psixoz” hərbisinə, ordusuna imic yaratmaq niyyətindədir. Ona Amerika itkiləri lazım deyil. Digərlərinin itkiləri lazımdır.

Hələ də inanmaq olmur ki, Ukrayna aviaşirkətinin Boing təyyarəsini İran tərəfi vurub. Doğrudur, İran dövlətinin yüksək vəzifəli şəxsləri səhvən vurulan sərnişin təyyarəsinə görə məsuliyyəti öz üzərlərinə götürdülər. Lakin, hadisə barədə İran dövlətinin yüksək vəzifəli şəxslərini deyil, birbaşa icraçılarını eşitmək yerinə düşərdi. Görəsən, onlar bu barədə nə deyəcəklər? Həqiqətən bunu etdiklərini söyləyəcəklərmi? Çox maraqlıdır və maraqlı olduğu qədər də vacib məqamdır.

Bu məsələ ən əsası ona görə maraq doğurur ki, Tehranın beynəlxalq hava limanı həmin gecə həmişəki kimi işləyirdi. Qeyri-adi uçuş xətti seçilməmişdi ki, hərbi baza üzərindən, yaxud ona yaxın uçuş təşkil edilsin. Maraqlı məqamlardan biri də odur ki, niyə yer üzündə məhz Ukraynanın Boeing təyyarəsi vuruldu? Sual doğuran ən əsas məsələ isə sərnişinlərinin çoxunun kanadalılar deyil, iranlılar olmasıdır. Suallar da çoxdur, cavablar da.

Bu anda ABŞ-ın İranla toqquşmalarının son raundunun cinayətlə başladığını da unutmaq lazım deyil. Süleymani terrorizmdə günahlandırılaraq Trumpın şəxsi əmrləri ilə məhv edildi. Daha dəqiq desək, ABŞ Süleymanini məhv edərək özbaşınalıq sərhədlərini qanunsuzluğa qədər genişləndirdi. Eyni məntiqlə yanaşsaq görərik ki, başqa bir dövlətin hər hansı bir məmuru da, hansısa “psixoz”un əmri ilə məhv edilə bilər. Bəhanə də həmişə tapılandır və heç bunu sübut da etmək lazım gəlmədiyi son hadisələrdə öz təsdiqini tapdı.

Doğrudur, ABŞ, yaxud Tramp İranla olduğu kimi başqa bir dövlətlə belə bu qədər qeyri-adi şəkildə rəftar etmir. Amma əmin olmaq mümkün deyil ki, həmişə belə olacaq. Yaxud, heç bir dövlət “Amerikalı psixoz” tərəfindən veriləcək əmrlərdən sığortalanmayıb.

Trampın suveren dövlətlərlə danışıqlarına diqqət yetirmək yetərlidir ki, kimsənin “psixoz” təhlükəsindən sığortalanmadığına əminlik artsın. Unutmaq lazım deyil ki, xarici qoşunların öz ərazilərindən çıxarılması qərarı verən İraq parlamentinə o necə “qışqırdı”. “Kəsin səsinizi, kimsə sizdən nə isə soruşmaq fikrində deyil”, deməsi belə təsdiq edir ki, İranla əlaqəli hadisələr sonuncu olmaya bilər və bunun başqalarına da tətbiq edilməsi tam gözləniləndir.

BMT üzvü olan bir dövlətə bu şəkildə müraciət heç vaxt müşahidə edilməyib. Bu heç bir ölçüyə sığışmır. Beləliklə, Haaqadakı beynəlxalq həbsxanaya kimin yerləşdirilməsi məsələsinə aydın gətirilə bilər. Əlbəttə ki, bu Amerikanın lideri, yaxud, “amerikalı psixoz” olmalıdır.

Hitler kimi birini də tarixdən missal çəkmək olar. Sanki, dünyanın ABŞ kimi fövqəl dövlətinin rəhbəri nümunəni ondan götürüb. Çünki, almanların da bu psixi problemli rəhbəri barəsində bilməyən yoxdur. Ümumiyyətlə, tarixdə bütün psixozların hakimiyyətdə olduqları dövrlərdə özlərinə məxsus anormal qaydalarına dair nümunələr var və təəssüf ki, amerikalı “süter qəhrəman” özünü onlara oxşadaraq “supermen” kimi təqdim etməti tərcih edir.

Beləliklə, təəssüf ki, XXI əsrdə hələ də dünyanın ən güclü ölkəsində hakimiyyətdə mükəmməl bir psixoz nümunəsi var. Amma, qeyd etdiyimiz kimi, Amerikalı yazıçı Bret İston Ellisin qəhrəmanından Trampın yeganə fərqi ondadır ki, onun cinayətləri, qohumlarına və ya sevgililərinə, ya da həyat yoldaşına, anasına və ya atasına qarşı deyil, yalnız digər ölkələrə qarşı yönəldilib. Lakin, nəzərə almaq lazımdır ki, çinayət kimə tətbiq olunmasından asılı olmayaraq cinayətdir və torədənləri də “psixoz” adlandırmaqda hər kəs haqlıdır.

Özünü dünyaya ən üstün, ən demokratik kimi sırımağa çalışan Amerika sivilizasiyası görünür onu lazım olan şəkildə, mənəviyyatda tərbiyə edə bilməyib və Trump digər ölkələrin əhalisi üçün təhlükəyə çevrilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə