Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 11-13-də Türkiyədə səfərdə olacaq.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duranın açıqlamasına görə, səfər çərçivəsində avqustun 12-də Ərdoğan və Abbas arasında görüş keçiriləcək.
Görüş zamanı Fələstindəki son vəziyyət, Türkiyə ilə Fələstin arasındakı ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunacaq.
Mahmud Abbas sonuncu dəfə 2024-cü ilin avqustunda Türkiyəyə səfər edib. Həmin səfər zamanı o, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında çıxış edib.
Müəllif: Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB