İran ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurub

İran ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən dörd gəminin dayandırdığını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, SEPAH-ın bu gün yaydığı bəyanata görə, gəmilər xəbərdarlıqlara məhəl qoymadan boğazı keçməyə cəhd edib. Açıqlamaya görə, iki gəmi zərbə nəticəsində hərəkət qabiliyyətini itirib, digər iki gəmi isə geri qayıdıb.

Bununla yanaşı, SEPAH İranın cənubunda ABŞ-yə məxsus olduğu bildirilən MQ-9 tipli pilotsuz uçuş aparatını da vurulduğunu açıqlayıb. İran KİV-ləri PUA-nın Buşehr əyalətində Hərbi Dəniz Qüvvələri tərəfindən vurulduğunu əks etdirən görüntülər yayıblar.

Xatırladaq ki, ABŞ ordusu bazar günü səhər saatlarında İranın İordaniyada yerləşən ABŞ qüvvələrinə qarşı hücumlarına cavab olaraq yeni hava zərbələri endirdiyini bəyan edib. Vaşinqton bu əməliyyatların iki amerikalı hərbçinin həlak olması ilə nəticələnən hücumlara cavab məqsədi daşıdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə