Rusiyadan miqrantlarla bağlı ŞOK QƏRAR - məcburən yeni telefon alacaqlar...

Rusiyadan miqrantlarla bağlı ŞOK QƏRAR - məcburən yeni telefon alacaqlar...

Rusiyaya uzun müddətə, o cümlədən əmək fəaliyyəti üçün gələn xarici vətəndaşların mobil telefon alması məcburi edilə bilər. Bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin iclasında Rusiya daxili işlər nazirinin müavini İqor Zubov məlumat verib.

Məlumata görə, mobil cihaz ölkədə xarici vətəndaşların qalmasına nəzarət sisteminin bir hissəsi olacaq. Zubov dəqiqləşdirib ki, bu tədbir xüsusilə işləmək və ya uzun müddət qalmaq üçün gələn miqrantlara aid olacaq. Onun sözlərinə görə, telefonda miqrantın elektron profili yerləşdiriləcək və DİN həmin profil vasitəsilə onun yerləşdiyi əraziyə nəzarət edə biləcək.

"Bu, onun bir yaşayış məntəqəsindən digərinə nəzarətsiz keçməsinə, qalma yerini dəyişməsinə imkan verməyəcək", - deyə Zubov bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə