21 milyon dollarlıq dələduzluq və çirkli pullar - Paşinyanın düşməninə qarşı İTTİHAM

21 milyon dollarlıq dələduzluq və çirkli pullar - Paşinyanın düşməninə qarşı İTTİHAM

İrəvanın ümumi yurisdiksiya məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Ermənistan mediasının yazdığına görə, siyasətçiyə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb. İstintaqın məlumatına görə, iş 2022-2024-cü illərin hadisələri ilə əlaqədardır. Q. Tsarukyan və daha bir fiqurant təxminən 21 milyon dollar məbləğində dələduzluq və pul vəsaitlərinin qanuniləşdirilməsində ittiham olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə