F-35 təyyarələri məsələsi Türkiyə-ABŞ danışıqları üçün yeni deyil. Biz bunu daha əvvəl də müzakirə etmişik. Donald Tramp hər zaman sözünə sadiqdir. İnanıram ki, NATO liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar veriləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında səsləndirib.
Regional sabitliyə yönəlmiş diplomatik səylərə toxunan Türkiyə Prezidenti İran-ABŞ münasibətlərini daha yaxşı səviyyəyə çatdırmaq üçün çalışdıqlarını qeyd edib. “Dünyada sülhə doğru addım atmaq üçün əlimizdən gələni etməyə çalışırıq", - deyə Ərdoğan vurğulayıb.
ABŞ-dən KAAN təyyarələri üçün mühərriklərin tədarükü məsələsini də müzakirə edəcəklərini deyən Türkiyə lideri ABŞ Prezidentinin bununla bağlı verdiyi vədi tədbirdə də təkrarlayacağına inandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB