...Belarus rəhbəri Lukaşenko Rusiya və Ukraynanın artan təzyiqi fonunda çətin vəziyyətdədir.
SİA xəbər verir ki, The Washington Post qəzetinin məlumatına görə, Moskva hərbi qarşıdurmada Minskdən daha çox dəstək istəyir, Kiyev isə Ukrayna ərazisinə hücum üçün istifadə edilə biləcək obyektlərə mümkün zərbələr barədə xəbərdarlıq edir.
...The Washington Post qəzetinin məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenskinin ultimatumundan sonra Belarus Brest və Qomel bölgələrində Rusiya dronlarının rabitə saxlamasına kömək edə biləcək dörd rele stansiyasını bağlayıb.
Qeyd edək ki, Ukrayna prezidenti də bu qərarı təsdiqləyib. Qısa müddət sonra Lukaşenko Valdayda Putinlə şəxsən görüşdü.
Ekspertlər hesab edirlər ki, Kreml Belarus ordusunu birbaşa cəbhəyə göndərmədən, ərazisini hərbi əməliyyatlar və Ukraynaya təzyiq üçün istifadə etməklə Belarusu müharibəyə daha dərindən cəlb etməyə çalışır.
…Və amma və lakin Lukaşenko özü müharibəyə qoşun göndərmək niyyətində olmadığını bildirib. O, həmçinin Zelenskiyə qarşı ritorikasını yumşaldıb və Minskini təxribata məruz qalmamağa çağırıb.
Belarus rəhbərliyinin vəziyyəti Kiyevlə əlaqələri qorumaqla yanaşı, Moskva ilə sıx ittifaqı qorumaqla mürəkkəbləşir. Qərblə münasibətlər əlavə təzyiq faktoruna çevrilib: əvvəllər təxminən 250 siyasi məhbusun azadlığa buraxılması ABŞ tərəfindən sanksiyaların qismən yumşaldılmasına səbəb olub. Analitiklərin fikrincə, Lukaşenko bir neçə istiqamətdən artan təzyiqlə üzləşir və istənilən qərar onun hakimiyyəti üçün yeni risklərə səbəb ola bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB