ABŞ və İran arasında əldə olunan atəşkəs fonunda Qırmızı dənizdə ticarət gəmisinə silahlı hücum olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Yəmənin Hudeydə şəhərinin cənub-qərbində, təxminən 30 dəniz mili məsafədə qeydə alınıb.
Məlumata əsasən, naməlum silahlılar kiçik qayıqla yük gəmisinə yaxınlaşaraq atəş açıblar. Gəminin silahlı mühafizəçiləri cavab atəşi açdıqdan sonra hücum edənlər avtomatik identifikasiya sistemi söndürülmüş daha böyük gəmiyə qayıdıblar.
İlkin məlumata görə, insident nəticəsində ekipaj üzvləri xəsarət almayıb və gəmi təhlükəsiz şəkildə hərəkətini davam etdirib. Hadisə ilə bağlı araşdırma aparılır.
Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Bununla belə, bölgəyə nəzarət edən husi üsyançıları son dövrlərdə Qırmızı dənizdə gəmiçiliyə qarşı hücumları bərpa edə biləcəkləri barədə xəbərdarlıq etmişdilər.
Qeyd edək ki, husilərin əvvəlki hücumları beynəlxalq yükdaşımalar üçün ciddi risk yaradaraq bir çox şirkəti Süveyş kanalından istifadəni dayandırmağa və gəmiləri Afrikanın cənubundan keçən daha uzun marşrutlara yönəltməyə məcbur etmişdi.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB