ABŞ-də aparılan son sorğular göstərir ki, Prezident Donald Trampın populyarlığı 6 yanvar hadisələrindən sonrakı səviyyədən də aşağı düşüb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Trampın ictimai dəstəyi 35 faizə qədər geriləyib və bu vəziyyət 2026-cı il aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyası daxilində ciddi narahatlıq yaradıb.
Analitiklər bildirirlər ki, Trampın ikinci prezidentlik dövrünün ilk 15 ayında baş verən bu kəskin enişin əsas səbəbləri “tək tərəfli idarəetmə yanaşması” və “gözləntiləri xeyli aşan sərt siyasətlər”dir.
Trampın populyarlığındakı azalma tək bir hadisə ilə deyil, bir sıra mühüm qərarlardan sonra sürətlənib:
Əfv qərarları və DOGE ixtisarları: Vəzifəyə gəldikdən qısa müddət sonra 6 yanvar hadisələri ilə bağlı şəxslər üçün genişmiqyaslı əfv qərarı verməsi və Elon Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamentinin (DOGE) dövlət xidmətlərində kəskin ixtisarlar aparması ilkin “bal ayı” dövrünün tez başa çatmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB