Avroskeptik Litva və Polşanı müharibəni qızışdırmaqda ittiham edib…

…Polşa və Litva hakimiyyəti müharibəni qızışdırır, baxmayaraq ki, belə bir siyasət bu ölkələrin xalqlarının maraqlarına ziddir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Polşa Tac Konfederasiyası”nın lideri Qjeqoj Braun LRT ilə bağlı bu fikrini bildirib.

…Həm Vilnüs, həm də Varşava müharibəni qızışdırır və bu, əlbəttə ki, vicdanlı litvalıların və polyakların maraqlarına xidmət etmir, - deyə avroskeptik bildirib və bu ölkələri müharibəyə sürükləməyin qəbuledilməz olduğunu vurğulayıb.

...Braun həmçinin əlavə edib ki, onun açıqlamaları hər hansı bir sağlam düşüncəli insan üçün aydındır.

Onun sözlərinə görə, hazırda Litva və Polşadakı vəziyyət xalqın ehtiyaclarından, eləcə də gözləntilərindən geridə qalır. Hakimiyyətin yürütdüyü siyasət polyakların və litvalıların maraqlarına xidmət etmir və sivilizasiyanı qorumur.

Qeyd edək ki, daha əvvəl Latviya, Litva və Estoniyanın Ukraynaya Rusiya ərazisinə zərbə endirən dronların uçmasına icazə verdiyi bildirilirdi.
Dronların nəzərdə tutulan marşrutu Belarusu keçərək Polşa və Baltikyanı ölkələrdən keçə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə