İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır

Türkiyə gündə orta hesabla 2442 uçuşla hava nəqliyyatının həcminə görə Avropa ölkələri arasında 6-cı yerdədir. İstanbul Hava Limanı gündə orta hesabla 1303 uçuşla Avropanın ən işlək hava limanına çevrilib və Amsterdamın "Schiphol", Londonun "Heathrow", Parisin "Charles de Gaulle" və Madridin "Barajas" hava limanlarını qabaqlayıb. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 23 fevral - 1 mart 2026-cı il tarixlərini əhatə edən Avropa Aviasiya Hesabatına görə, Türkiyə gündə orta hesabla 2442 uçuşla hava nəqliyyatının həcminə görə Avropa ölkələri arasında 6-cı yerdədir.

Nazir həmçinin bildirib ki, İstanbul Hava Limanı 26 yanvar - 1 fevral 2025-ci il tarixləri arasında gündə orta hesabla 672 uçuşla dünyanın ən böyük 25 hava limanı arasında 12-ci yerdədir. Türkiyə Hollandiya, İsveçrə, Polşa və Norveç kimi ölkələri geridə qoyub.

Xatırladaq ki, Küveyt Beynəlxalq Hava Limanı bir neçə dron hücumuna məruz qalıb. Həmçinin Soçidə "ən uzun müddət davam edən dron hücumu" səbəbindən onlarla uçuşun ləğv edildiyi bildirilib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə