Hər kəsi ömrünün sonuna qədər xoşbəxt edəcək pulun miqdarı açıqlanıb...

...Hələ də düşünürsünüz ki, bank hesabınızda nə qədər çox pul varsa, bir o qədər xoşbəxt olursunuz?

Lakin alimlər aşkar ediblər ki, xoşbəxt olmaq və həyat məqsədlərinə çatmaq üçün insanların əksəriyyətinin adətən düşünüldüyündən daha təvazökar bir məbləğə ehtiyacı var.

SİA-nın məlumatına görə, bunu “Vokruq sveta” bildirir.

Bu mövzuda genişmiqyaslı bir araşdırma Dr. Paul Bainin rəhbərlik etdiyi Bat Universitetinin psixoloqlar qrupu tərəfindən aparılıb.

Fransa və Səudiyyə Ərəbistanından Uqanda və Vyetnama qədər 33 ölkədən təxminən 8000 nəfər iştirak edib. İştirakçılardan soruşulub ki, “tamamilə xoşbəxt bir həyat yaşamaq üçün lotereyada nə qədər pul qazanmaq istərdiniz?”

Cavab variantları 10.000 dollardan 100 milyard dollara qədər dəyişib.

Maraqlıdır ki, demək olar ki, heç kim ən böyük məbləği seçməyib.

Respondentlərin 86 faizi 10 milyon dollarla razılaşıb. Bir sıra ölkələrdə daha təvazökar bir rəqəm - 1 milyon dollara qədər - optimal idi.

Tədqiqatçılar yazır ki, 78 il ömür sürən 38 yaşlı bir şəxs üçün bu məbləğ ildə 25.000 dollara bərabərdir

Psixoloqların izah etdiyi kimi, onlar insanların sonsuz ehtiyacları olduğu və onları ödəməyə çalışmalı olduqları kimi fundamental iqtisadi prinsipi təkzib ediblər.

Tədqiqatın müəllifləri deyirlər ki,..əslində bu prinsip universal deyil və yalnız azlığa aiddir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə