"Real Madrid"in hücumçusu Ronaldonun klub rekordunu təkrarladı

Fransalı hücumçu mövsümün əvvəlində qol sayına görə Kriştiano Ronaldoya çatmağı bacarıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 20 yanvar tarixində "Real Madrid" Çempionlar Liqasında "Monako" üzərində möhtəşəm qələbə qazandı.

"Real Madrid"in hücumçusu Kilian Mbappe keçmiş komandasına qarşı iki qol vuraraq, Kriştiano Ronaldonun Çempionlar Liqasında ən çox qol vurma rekorduna çatdı.

2015/16 mövsümündə Ronaldo "Real Madrid"də 11 qol vurmuşdu. Fransız futbolçu turnirin yeddi turundan sonra eyni sayda qol vurub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə