ABŞ Prezidenti Donald Tramp Minneapolisdə etirazları yatırmaq üçün bölgəyə qoşun yeridə biləcəyini deyib. SİA xəbər verir ki, Tramp bu haqda sosial media hesabında yazıb.
SİTAT: "Əgər Minnesota ştatının korrupsiyalaşmış siyasətçiləri qanuna tabe olmasa və işlərini görməyə çalışan ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) vətənpərvərlərinə hücum etmələrinin qarşısını almasalar, məndən əvvəl bir çox prezidentin etdiyi kimi, Üsyan Qanununu tətbiq edəcəyəm. Bununla da Minnesota ştatında baş verən xaosa tez bir zamanda son qoyacağam", - deyə Ağ Ev rəhbəri bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB