Rusiya Xarkovun mərkəzində çoxmərtəbəli binaya zərbə endirib...

Ciddi ziyan və çoxsaylı xəsarət alanlar var...

Bu gün, 2 yanvar tarixində Rusiya qüvvələri Xarkovun Kiyev rayonunda çoxmərtəbəli binaya zərbə endirib.

İlkin itkilər barədə məlumatlar var.

SİA-nın məlumatına görə, bu barədə Xarkov meri İqor Terexov və Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da məlumat veriblər. Xarkov meri qeyd edib ki, "Düşmən Xarkovun mərkəzinə zərbə endirib. Nəticələr müəyyən edilir".

O, daha sonra əlavə edib ki, düşmən zərbəsi Xarkovun Kiyev rayonunda yaşayış binasına dəyib. İlkin məlumata görə, itkilər və ciddi ziyan var.

Sinegubov bildirib ki, ilkin məlumatlara görə, Rusiya qüvvələrinin Xarkova endirdiyi zərbə nəticəsində bir nəfər yaralanıb.

O qeyd edib ki, bütün təcili yardım xidmətləri hadisə yerinə göndərilib və nəticələr müəyyən edilir.

İqor Terexov daha sonra bildirib ki, düşmənin atəşi nəticəsində hazırda 12 nəfər yaralanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə