...Rusiya, pisləşən iqtisadi vəziyyət və sanksiya təzyiqi fonunda, səkkiz nüvə buzqıran gəmisinin hamısını ilk dəfə Arktika marşrutlarına yerləşdirdi.
SİA xəbər verir ki, HMS Endurance patrul buzqıran gəmisinin keçmiş kapitanı Tom Şarp bunu 21 dekabrda Britaniyanın The Telegraph qəzetində dərc olunmuş məqaləsində yazıb.
Onun sözlərinə görə, Rusiya dünyada nüvə buzqıran gəmiləri donanmasına malik yeganə ölkə olaraq qalır. Bu gəmilər yüksək güclüdür, xüsusilə qalın buzları dəf edə bilir və Qərb ölkələri ilə müqayisə olunmayan unikal dizayna malikdir. Söhbət “Arktika”, “Sibir”, “Ural”, “Yakutiya”, “Yamal”, “50 let Pobedy”, “Taimyr” və “Vayqaç” gəmilərindən gedir. Moskva həmçinin ənənəvi mühərrik sistemləri ilə təchiz olunmuş təxminən 40 başqa buzqıran gəmini idarə edir.
Müəllifin qeyd etdiyi kimi, Ukraynadakı müharibə və Qərbin sanksiyaları nəticəsində zəifləmiş Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır.
Bu şəraitdə qanunsuz prezident Vladimir Putinin rəhbərlik etdiyi hökumət neft və qaz ixracını qorumaq üçün Arktika ticarət yollarını açıq saxlamağa çalışır.
Nəşr vurğulayır ki, dekabr ayı yaxınlaşdıqca Arktika buzları sürətlə qalınlaşır, lakin Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləmək üçün enerji resurslarına həyati ehtiyacı var. Məhz buna görə də Moskva ölkənin şimal bölgələrinə "çox vacib dəniz çıxışını" qorumağa çalışır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB