...Avropa İttifaqı, çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemlərindəki çatışmazlıqlara görə Rusiyanı yüksək riskli ölkələr siyahısına əlavə edib.
Bu, Avropa Komissiyasının maliyyə cinayətlərinə qarşı mübarizə üzrə milli qaydalarında və təcrübələrində "strateji boşluqlar" müəyyən etdiyi texniki qiymətləndirmədə bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Brussels Time yazır.
Bu siyahıya daxil edilmək o deməkdir ki, Avropa İttifaqı ölkələrindəki banklar və maliyyə qurumları Rusiya ilə əlaqəli əməliyyatlara daha sərt nəzarət tətbiq etməlidirlər.
Buraya gücləndirilmiş müştəri yoxlaması, gücləndirilmiş əməliyyat monitorinqi və şübhəli fəaliyyət hesabatlarının məcburi təqdim edilməsi daxildir.
Avropanın çirkli pulların yuyulmasına qarşı mübarizə qanunvericiliyinə əsasən, maliyyə qurumları Rusiya əməliyyatlarına nəzarəti gücləndirməli, o cümlədən vəsait mənbələrinin və köçürmə zəncirlərinin dərin təhlilini aparmalıdırlar.
Avropa Parlamenti və ya Avropa İttifaqı Şurası bir ay ərzində etiraz etməsə, Avropa Komissiyasının qərarı avtomatik olaraq qüvvəyə minəcək.
Baxış müddəti daha bir ay uzadıla bilər. Avropa qanunvericiləri Rusiya ilə əlaqəli maliyyə axınlarına nəzarəti əhəmiyyətli dərəcədə sərtləşdirməyə hazırlaşırlar ki, bu da Avropa İttifaqı daxilində Rusiya şirkətlərinin və fərdlərinin işini çətinləşdirə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB