Siyasi məhbuslara kömək etdiyinə görə üç il həbs...

...Belaruslu rəssam Oksana Şalyapina siyasi məhbuslara kömək etdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edilib.

SİA xəbər verir ki, bu barədə Dissidentby təşəbbüsü xəbər verir.

Xatırladaq ki, rəssam və könüllü Şalyapina 2025-ci ilin iyun ayında həbs olunaraq 1 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdi.

Onun məhkəməsi noyabr ayında başlayıb və 8 dekabrda hökm elan edilib: üç il müddətinə azadlıqdan məhrum etmə. O, bir neçə onlarla siyasi məhbusa kömək etməkdə təqsirli bilinib.

Qeyd edəkki, Oksana Şalyapinanın 47 yaşı var.

O, Memarlıq fakültəsini bitirib və 2009-cu ildən bəri ekspressionizm üzrə ixtisaslaşaraq yağlı boyalarla rəsm çəkir. Şalyapinanın əsərləri ABŞ, Almaniya, Qazaxıstan, Rusiya, Gürcüstan, Belarus, Lüksemburq, Finlandiya, İtaliya və Larus Qalereyasında (ABŞ) şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam Master-Peacemaker Rəssamlar Birliyinin üzvüdür.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə