...ABŞ prezidenti Donald Tramp builki “Nobel” Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun ona telefonla zəng etdiyini açıqlayıb.
Siyasətçinin sözlərinə görə, qadın mükafata layiq olduğunu etiraf edib. “
SİA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp builki “Nobel” Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun telefon zəngini elan edib.
Siyasətçinin sözlərinə görə, qadın Amerika liderinin mükafata layiq olduğunu etiraf edib.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ““Nobel” mükafatı alan şəxs mənə zəng edib. O, mükafatı mənim şərəfim üçün qəbul etdiyini dedi, çünki mən buna layiq idim".
Bunu deyən Tramp vurğulayıb ki, o, Mariya Korina Maçadonun bunu edə biləcəyinə inansa da, ondan mükafatı ona təhvil verməsini tələb etməyib. Daha əvvəl Vladimir Zelenski Ukraynanın Trampı Nobel mükafatına namizəd göstərə biləcəyi şərtləri açıqlamışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə