Makron Belçikanın baş naziri ilə razılaşıb ki...

Rusiya aktivlərindən istifadə edilməməlidir..?

Fransa prezidenti Emmanuel Makron Ukraynaya yardım göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni nəzərdən keçirərkən beynəlxalq hüquqa riayət etməyin vacibliyini vurğulayıb.

O, bu aktivlərin müsadirə ediləcəyi təqdirdə bütün Avropa İttifaqı üçün “təhlükəli presedent” yaratmayacağı barədə xəbərdarlıq edən Belçikanın baş naziri ilə razılaşıb.

SİA-nın məlumatına görə, Kopenhagendə Aİ liderlərinin sammitinin açılışında Belçikanın baş naziri Bart de Veverin oxşar fikrini təkrarlayan Makron dondurulmuş aktivlərlə bağlı beynəlxalq hüququn prinsiplərinə ciddi əməl edilməli olduğunu bəyan edib.

...Bundan əvvəl Avropa Komissiyası və Almaniya kansleri Fridrix Merz Ukraynaya Rusiya aktivləri hesabına maliyyələşdirilən böyük faizsiz kreditin verilməsini təklif etmişdilər.

Merz 140 milyard avro ayırmağı təklif edib ki, bu da sırf Ukrayna üçün hərbi texnikanın alınması üçün istifadə olunmalıdır.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra Aİ, G7 ölkələri və Avstraliya Rusiyanın təxminən 280 milyard dollarlıq aktivlərini dondurdu, onların əksəriyyəti Belçikanın Euroclear depozitarında saxlanılır.

Fevralın əvvəlində Makron qeyd edib ki, Rusiya aktivlərinin mümkün müsadirəsi beynəlxalq hüquqa ziddir və onlardan istifadəyə mane olur.

Bununla belə, o, artıq Aİ-də tətbiq olunan bu aktivlərdən dividendlərdən istifadə imkanlarına icazə verib.

Bart De Vever, öz növbəsində, başqa bir dövlətin mərkəzi bankına məxsus aktivlərin ələ keçirilməsinin Belçika və bütün Avropa İttifaqı üçün geniş nəticələrə malik təhlükəli presedent yaradacağından narahatlığını ifadə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə