O, 2002-ci ildən Çin kəşfiyyatı ilə əməkdaşlıq edirmiş..?

Almaniyanın çinli casusunu həbs etməsi Çin və Avropa arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu.

Drezden məhkəməsi Avropa Parlamentinin Almaniya üçün Alternativ (AfD) deputatının keçmiş köməkçisi Jian Quonu Çinin xeyrinə casusluq ittihamı ilə 4 il 9 ay həbs cəzasına məhkum edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BBC bildirib.

Prokurorların fikrincə, Almaniya vətəndaşı olan müttəhim 2002-ci ildən Çin kəşfiyyatı ilə əməkdaşlıq edib.

O, məlumat toplayıb, məxfi sənədləri Pekinə ötürüb, Almaniyada çinli dissidentlər və müxalifətçilərə casusluq edib.

Jian Quo beş il Brüsseldə AfD-nin Avropa Parlamentindəki nüfuzlu nümayəndəsi, bu il Bundestaqa seçilən Maksimian Kraçın köməkçisi kimi çalışıb.

Kraç iddia edir ki, o, keçmiş əməkdaşına qarşı ittihamları yalnız mediadan öyrənib.

Məhkəmə zamanı müttəhim Çin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyini inkar edib və günahsız olduğunu bildirib. Buna baxmayaraq, məhkəmə işi “xüsusilə ciddi” hesab edib. Leypsiq hava limanında logistika şirkətinin əməkdaşının işi də şübhəli şəxslə bağlı idi.

Qadın Yatzi S. yük və sərnişin məlumatlarını ötürdüyünü etiraf edib, lakin kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu rədd etdi.

O, şərti cəza alıb. Köməkçisinin həbsindən sonra Kraç ofisində təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb. Siyasətçinin özü "absurd və siyasi motivli" adlandırdığı korrupsiya və çirkli pulların yuyulmasında təhqiqat altındadır. Qalmaqal Avropa hakimiyyəti arasında Çin casusluğunun miqyası və Aİ ilə Pekin arasında münasibətlərin daha da mürəkkəbləşməsi ilə bağlı narahatlığı artırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə