İndi Tramp Putindən daha çox mənə güvənir...

...ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ukraynadakı vəziyyətlə bağlı etibarsız məlumat verdiyinə görə ona az etimad göstərməyə başlayıb.

SİA xəbər verir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransının yayımına istinadən bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, Putin Trampla “döyüş meydanında həqiqətdən uzaq olan” məlumatları paylaşıb. Konkret olaraq, o, guya zəbt etdiyi Ukrayna əraziləri ilə öyünür və daha çox işğal edəcəyinə söz verirdi.

...İndi o (Trampı nəzərdə tutur - red.) mənə daha çox güvənir. Çünki mənim kəşfiyyatımda olan və bizim tərəfdaşlarımızla paylaşdığımız məlumatlar fərqlidir. Beləliklə, sentyabrda biz 360 kilometri işğaldan azad etdik və hələ də mühasirəyə alınan müəyyən sayda rus əsgəri üzərində nəzarətimiz var, - Zelenski bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə