Rusiyada alimlərin sayı doqquz ildə 20 faiz azalıb...

2015-ci ildən 2024-cü ilə qədər Rusiya elmi təşkilatlarında namizəd və ya doktorluq dərəcəsi almış tədqiqatçıların sayı 20 faiz azalıb.

SİA xəbər verir ki, belə məlumatları Rosstat ölkənin 85 regionu üzrə təqdim edir, “Vedomosti” xəbər verir.

Statistikaya görə, elmlər doktorlarının sayı 23 (21,7 min nəfərə qədər), elmlər namizədlərinin sayı 19 faiz (67,9 min nəfərə qədər) azalıb.

Mütəxəssislər azalmanı maliyyə çətinliyi, kadrların qocalması və elmi işlərə tələblərin sərtləşməsi ilə əlaqələndirirlər. RANEPA-nın Davamlı Təhsil İqtisadiyyatı Mərkəzinin direktoru Tatyana Klyaçko deyir ki, “Gənclər dissertasiyalarını müdafiə etdikdən sonra çox vaxt əmək haqqının daha yüksək və iş yükünün aşağı olduğu elmi işdən daha çox iqtisadiyyatın digər sahələrinə üstünlük verirlər”.

2019-cu ilin məlumatlarına görə, dövlət ali məktəblərində 39,6 minə yaxın elmlər doktoru və 146 min elmlər namizədi çalışıb.

Rusiyada bir elmi işçinin orta əmək haqqı ayda 58 min rubl təşkil edir. Fevralda bildirildi ki, Ümumrusiya Elmi-Tədqiqat Fiziki, Texniki və Radiotexniki Ölçmələr İnstitutu (VNIIFTRI) 1990-cı illərdə ölkəni tərk etmiş, koordinat-zaman ölçmələri sahəsində tədqiqatlar aparan beş alimi xaricdən geri qaytarmağa nail olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə