Çin layihəsi “Qazprom” üçün milyard dollarlıq riskə çevrilir...

Səhmlər rekord həddə düşüb...

...Moskva birjasında “Sibirin gücü 2” qaz kəməri ilə bağlı ilkin razılaşmaların elanından sonra “Qazprom”un səhmləri kəskin ucuzlaşıb. İldə 50 milyard kubmetr qaz gücünə malik layihə Rusiya ilə Çin arasında əlaqələri gücləndirməlidir, lakin investorların reaksiyası son dərəcə mənfi oldu.

SİA xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Çərşənbə axşamı əsas ticarətin nəticələrinə görə, şirkətin səhmləri 3,12 faiz dəyər itirərək 130,7 rubla düşüb. “Qazprom”un bazar kapitallaşması təxminən 100 milyard rubl azalıb.

Düşmə Moskva Birjası indeksinin bütün səhmləri arasında ən güclü olub və indeksin özünün ümumi enişini iki dəfədən çox artıraraq, aylıq minimumunu yeniləyərək 1,44 faiz azalaraq 2845,39 bənd təşkil edib.

Eyni zamanda, Pekində tərəflər yalnız niyyət memorandumu imzalayıblar, lakin qaz tədarükü ilə bağlı tam hüquqlu müqavilə bağlanmayacaq.

“Finam”ın analitiki Sergey Kaufman qeyd edir ki, layihə işə salınsa belə, bu, şirkətin maliyyə vəziyyətinə təzyiq göstərəcək: uzunluğu təxminən 2600 kilometr olan tikintini yalnız “Qazprom” maliyyələşdirməli olacaq.

Çin xərclərdə iştirakdan imtina edib.

Əsas maneə qiymət olaraq qalır. Energetika və Maliyyə İnstitutunun enerji departamentinin direktoru Aleksey Qromovun sözlərinə görə, Pekin Rusiyanın daxili tarifləri səviyyəsində tariflər axtarır - min kubmetr üçün təxminən 120-130 dollar.

Moskva isə qiymətin 265-285 dollar arasında olmasında israr edir. Neft və qaz bazarının eksperti Mixail Krutixin şirkətdəki mənbələrə istinadən gələcək tikintinin dəyərini təxminən 2 trilyon rubl qiymətləndirir.

Onun sözlərinə görə, "qaz nəqli infrastrukturunun və yataqların işlənməsinin böyük xərclərini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Rusiya mahiyyət etibarilə Çin qaz istehlakçılarına zərərlə subsidiya verməyə davam edəcək".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə