"Səni sevirəm": sərnişin yanan təyyarədən ailəsinə vida SMS göndərir...

Yunanıstanın Korfu adasından Düsseldorfa uçan Condor DE1537 reysində olan sərnişinlər təyyarəsinin havada alov alması zamanı əsl dəhşət yaşayıblar.

Turistlərdən biri onun qaçılmaz ölümünə o qədər əmin imiş ki, ailəsinə vida SMS göndərə bilib.

SİA xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri gəmidəki dramın təfərrüatları ilə məlumat yayıb.

Airbus A320-nin göyərtəsində 273 sərnişin olub. Uçuşdan az sonra onlar yüksək səs eşidiblər, bundan sonra sol mühərrikdən alov çıxıb.

Sərnişinlərdən biri nəşrə “Biz bunun son olduğunu düşündük” deyib.

Təyyarədə çaxnaşma son həddə çatıb. Pəncərədən yanğını görən 30 yaşlı sərnişin telefonunu çıxararaq ailəsinə "Sizi sevirəm. Bağışlayın, tez-tez orada olmamışam" mesajını yazıb.

Xoşbəxtlikdən pilotlar ən yüksək bacarıq nümayiş etdirərək İtaliyanın Brindisi şəhərinin hava limanına təcili eniş etməyi bacarıblar.

Təyyarədə olan heç kim xəsarət almayıb.

Bununla belə, BILD-in qeyd etdiyi kimi, səmada baş verən dəhşətdən sonra sərnişinlər yerdə problemlərlə üzləşiblər: onlar bir neçə saat ərzində heç bir məlumat və ya aviaşirkətin köməyi olmadan gözləmə zalında qalıblar. Daha sonra onları götürmək üçün başqa təyyarə göndəriləcəyi bildirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə