İsrailin hücumları və blokadası səbəbi ilə aclığın yaşandığı Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 4 fələstinli aclıqdan ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hücumu və humanitar yardımların daxil olmasını məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.
Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıqdan ölüm halları artır. Son 24 saat ərzində Qəzza zolağında ikisi uşaq olmaqla daha dörd fələstinli aclıqdan ölüb. Bu günə kimi Qəzza zolağında 98-i uşaq olmaqla 201 nəfər aclıqdan ölüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə