...SİA-nın məlumatına görə, “Financial Times” mənbələrə istinadən xəbər verir ki, Tramp administrasiyası Kreml lideri Vladimir Putin avqustun 8-nə qədər Ukraynada atəşkəslə razılaşmasa, Rusiyanın “kölgə donanmasına” qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünür.
Ağ Evdəki müzakirələrə yaxın olan iki şəxs qəzetə bildirib ki, ABŞ-ın “kölgə donanmasına” qarşı əlavə sanksiyaları Rusiyaya təzyiq etmək üçün asan ilk addım kimi qiymətləndirilib.
Administrasiyaya yaxın üçüncü mənbə bir sıra variantların nəzərdən keçirildiyini bildirib.
...ClearView Energy Partners-ın tədqiqat üzrə idarəedici direktoru Kevin Book, ABŞ-ın gələcək sanksiyaları Avropa İttifaqının donanmaya qarşı son addımlarını gücləndirəcək.
Avropa İttifaqı son bir ayda 100-dən çox gəmiyə sanksiya tətbiq edərək, onların sayını 415-ə çatdırıb.
Sanksiya rejiminin şərtlərinə görə, Qərblə əlaqələri olan şirkətlərə xam neft üçün G7 qiymət həddinin 60 dollardan yuxarı qiymətə dəniz nefti alması qadağandır.
...“Kölgə donanması” Rusiyaya nefti bu həddən artıq, əsasən də Çin və Hindistana nəql etməyə imkan verir.
Kiyev İqtisadiyyat Məktəbinin makroiqtisadi tədqiqat və strategiya rəhbəri Benjamin Qilgenstock deyib ki, “Kölgə donanmasına aqressiv şəkildə basmaq Rusiya üçün vəziyyəti çətinləşdirmək və Avropa İttifaq eləcə də Böyük Britaniyanın artıq göndərdiyi mesajı gücləndirmək üçün birbaşa yoldur”.
Kreml atəşkəslə razılaşmaq üçün ABŞ prezidentinin müəyyən etdiyi bir neçə müddətə məhəl qoymayıb və son həftələr Ukraynaya hava zərbələrini artırıb.
Tramp rusiyalı həmkarının imtinasından getdikcə daha çox məyus olub və administrasiyaya yaxın adamlar “Financial Times”-ə deyiblər ki, “Moskva danışıqlar masasına gəlməzsə, bunun əvəzini ödəyəcək”.
...Administrasiyaya yaxın mənbə qəzetə bildirib ki, ABŞ prezidenti, çox güman ki, xüsusi elçisi Steve Uitkoff Moskvadan qayıtdıqdan sonra Rusiyaya qarşı mümkün sanksiyalar barədə qərar verəcək.
...Hər şey Uitkoffun nə gətirəcəyindən asılıdır. Əgər o, əliboş, heç nə ilə qayıtmasa, Tramp qəzəblənəcək.
Bunu mənbə bildirib.
Ekspertlər əlavə ediblər ki, Rusiyaya təzyiq etmək üçün digər variantlar arasında mövcud sanksiyaların sərtləşdirilməsi və ya ABŞ-ın Avropa İttifaqının sentyabrın əvvəlində tətbiq etməyi planlaşdırdığı Rusiya neftinə qiymət məhdudiyyətlərinə qoşulması daxildir.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş əməkdaşı Edvard Fişman bildirib ki, Vaşinqton Rusiya neftinin ticarətini asanlaşdıran digər ölkələrin banklarına və neft emalı zavodlarına da ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp Moskvanın Ukrayna ilə böyük sülh razılaşmasına nail olmadığı təqdirdə Rusiya neftini alan ölkələrə 100 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib.
İyulun 29-da Tramp deyib ki, Rusiya diktatoru Vladimir Putinin Ukraynada atəşkəs üçün vasitəçilik etmək üçün 10 gün vaxtı var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə