ABŞ prezidenti Donald Tramp NATO liderlərinin onun bütün istəklərini yerinə yetirdiyini bildirib.
SİA-nın məlumatına görə, Amerika lideri bu barədə CNBC telekanalına müsahibəsində bildirib.
Ağ Evin rəhbəri qeyd edib ki, bir il əvvəl ABŞ tənəzzülə uğrayıb, indi isə o, “dünyanın ən isti ölkəsi” hesab olunur. Onun sözlərinə görə, bunu NATO-ya üzv ölkələrin bütün rəhbərləri etiraf edirlər.
...Bütün NATO liderləri mənə deyirlər ki, onlar mənim istədiyim hər şeyi edir.
Amerika prezidenti deyib.
Tramp əlavə edib ki, o, alyansa üzv olmayan digər ölkələrdən də ABŞ-a təriflər eşitib.
Məsələn, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dən. O, ABŞ-ın bu gün “yenidən yüksəlişdə” olduğunu qeyd edib və “bunun üçün töhfə verməkdən şad olduğunu” etiraf edib. Bundan əvvəl NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridis Şimali Atlantika Alyansının ABŞ-ın iştirakı olmadan davam etməsi barədə düşünməyə çağırıb.
Onun fikrincə, ABŞ-ın NATO-dan çıxması “epik nisbətdə səhv” olardı, lakin Respublikaçılar Partiyasında bunun ciddi tərəfdarı olan nüfuzlu siyasətçilər var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə