Ruslarda da olur: qohum qohumunu bıçaqlayıb...

...Moskvanın cənub-qərbində bıçaqlı silahların tətbiqi ilə bağlı kütləvi dava baş verib, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə paytaxtın Səhiyyə Departamenti Telegram-da məlumat yayıb.

...Obruçova küçəsi, 28k7 ünvanında yerləşən yaşayış binasının 9-cu mərtəbəsində bıçaqlı silahlardan istifadə ilə kütləvi dava baş verib, - məlumatda deyilir.

Qeyd olunur ki, zərərçəkənlərdən birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Dörd təcili yardım briqadası və Fəlakət Təbabəti Mərkəzi zəngə cavab verib.

RİA Novosti Moskva Prokurorluğuna istinadən xəbər verir ki, hadisələrin bütün iştirakçıları qohumlardır.

İlkin məlumata görə, mərhum zərərçəkənləri bıçaqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə