Mən, arvadın böyük qüvvə olduğu barədə demişdim axı...

"Buna görə Melaniyaya təşəkkür etməliyik..."

ABŞ-ın birinci xanımı Melaniya Tramp Donald Trampın Ukraynaya qarşı müharibədə Rusiya ilə bağlı mövqeyini dəyişməsinə təsir edib.

SİA xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Don Bekon NewsNation-ın “The Hill Sunday” nəşrinə müsahibəsində deyib.

...Yaxşı, prezidentin Ukraynaya tərəf döndüyünə şadam. Məncə, buna görə Melaniyaya təşəkkür etməliyik. Hətta prezident dedi ki, həyat yoldaşı onu hər gün xatırladır.

Bunu Bekon deyib.

Bundan əvvəl “The Times” qəzeti ərinin Ukraynaya hərbi təchizatı bərpa etmək qərarında Melaniya Trampın rol oynadığını iddia etmişdi.

Yaxın gələcəkdə ABŞ Ukrayna üçün müttəfiqlərinə təkcə Patriot sistemlərini deyil, həm də taktiki raketləri və artilleriya sursatlarını ötürmək qərarına gələ bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə